Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb

Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb
11 İyl 2025 15:52

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.

Yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.

Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.

Beləliklə, komanda əsas mərhələnin C qrupunda Ukrayna və Sinqapurla üz-üzə gələcək. Oyunlar sabah keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada