Azərbaycan mahnısını ermənilərinki kimi təqdim edən Özcan Dəniz
Mədəniyyət
17 Yan 2025 15:48
2009-cu ildə Türkiyədə bir proqramda Azərbaycanın məşhur bəstəkarı Emin Sabitoğlunun “Dağlar” mahnısını ermənicə oxuyan və bunu erməni xalq mahnısı kimi təqdim edən Özcan Dəniz, dəfələrlə erməni mahnıları kimi qələmə verib bizim mahnıları. Sarı gəlini də ermənicə oxuyub canlı efirdə.
Bir dəfə üzr istədi, lakin ardınca yenə erməni mahnıları oxumaqla qalmadı, əksər dəvət etdiyi yerdə ermənilər ilə çox yaxın münasibəti olduğunu etiraf elədi. Müsahibələrinin birində də demişdi ki, mənim ölkəmdə ermənilər çoxdur və onlara sevgim var
Hətta bu barədə status yazmışdım ki, onurğa sümüyü zəif olanlar onu Bakıya dəvət edəcəklər, yenə şəhid, qazi, millət anlayışı olmayan qızlar və oğlanlar baha qiymətə gedib bileti alacaqlar, yaxalarını cıracaqlar.
Deyirlər musiqi və mahnının vətəni olmur. Əlbətdə, amma sənə məxsus olanın düşmənə verilməsi olanda dili də olur, dilçəyi də.
Mən etirazı Özcandan çox özümüzünkülərə edirəm. O müğənnidi, onun üçün pul önəmlidir
Bəs sizə nə olub ? Bunu Bakıya dəvət edənlər, 50 manatdan yuxarı biletə pul verib gedənlər?
Qürurunuz yoxdur ?
Onurğa sümüyü zəif olan beldən dünyaya gələnlərə görə utanıram sadəcə. Millətin milli qüruru olmalıdır ki, nöqtə və nida qoya bilsin. Çox heyf ki, bizdə milli qüruru olmayan onurğasızlarda pul çoxdur və onlar istədiklərini edirlər.