Azərbaycan Kubokunda növbəti 1/8 finalçılar bəlli oldu

Azərbaycan Kubokunda növbəti 1/8 finalçılar bəlli oldu
30 Okt 2024 18:35

Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/8 finalçının adı bəlli olub. 

News365.az xəbər verir ki, II təsnifat mərhələsində "Şəfa" ilə qarşılaşan "Difai" 3:2 hesabı ilə qələbə qazanıb. 

Bu qalibiyyət sayəsində Ağsu təmsilçisi 1/8 finalda "Neftçi"nin rəqibi olub. 

Qeyd edək ki, günün əvvəlki matçlarında "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib.


Sizin reklam burada
Sizin reklam burada