Beynəlxalq tədbirlər müasir dövrdə yalnız diplomatik müzakirə platforması deyil, həm də qlobal siyasi və iqtisadi proseslərin formalaşdığı mühüm mərkəzlərdən birinə çevrilib. Xüsusilə COP kimi qlobal forumlardan sonra keçirilən genişmiqyaslı tədbirlər dünya gündəmində xüsusi yer tutur. Azərbaycanda təşkil olunan belə bir beynəlxalq tədbir də yüksək səviyyəli iştirak, geniş coğrafiyadan gələn nümayəndələr və müzakirə olunan aktual mövzularla diqqət çəkir.
Politoloq Anar Əliyev News365.az-a açıqlamasında bildirib ki, hazırda keçirilən beynəlxalq tədbir təkcə siyasi müzakirələr deyil, həm də qlobal miqyasda mühüm prosesləri özündə birləşdirən geniş platforma rolunu oynayır.
