Azərbaycan tarixi irsini qoruyur: keçmişlə gələcək arasında körpü

Azərbaycan tarixi irsini qoruyur: keçmişlə gələcək arasında körpü
11:29

Tarixi irsin qorunması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi bu gün Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Ölkənin müxtəlif regionlarında, o cümlədən Bakı şəhərində, eləcə də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bu siyasətin real nəticələrini ortaya qoyur. 

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, Prezidentin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri tarixi irsin qorunması və onun gələcək nəsillərə ötürülməsidir.

Deputat qeyd edib ki, bu yanaşma ölkənin həm paytaxtında, həm bölgələrində, həm də Qarabağ və Şərqi Zəngəzurda açıq şəkildə özünü göstərir. Onun sözlərinə görə, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, tarixi abidələrin bərpası və müasir inkişafla sintez edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Ceyhun Məmmədov vurğulayıb ki, Bakı şəhərində tarixi məkanların qorunması və bərpası istiqamətində ardıcıl işlər görülür, müxtəlif dövlət sənədləri və sərəncamlar bu prosesə hüquqi əsas yaradır.

O əlavə edib ki, eyni siyasət Qarabağ və Şərqi Zəngəzurda da həyata keçirilir, burada tarixi abidələr bərpa olunur və dağıdılmış mədəni irs yenidən dirçəldilir.

Deputat xatırladıb ki, Zəngilanda tarixi məscidin bərpası və ətrafında mövcud izlərin qorunub saxlanılması bu siyasətin bariz nümunəsidir. Həmçinin Şuşada məscidlərin, muzeylərin və digər tarixi abidələrin bərpası istiqamətində aparılan işlər də bu xəttin davamı kimi qiymətləndirilir.

Onun sözlərinə görə, Azərbaycan dövləti tarixi irsə yalnız nəzəri yanaşmır, bu istiqamətdə konkret və davamlı praktiki addımlar atır.


Sizin reklam burada
Sizin reklam burada