Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Dominikan hökumətinə və xalqına başsağlığı verib.
News365.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında bildirilib.
"Santo-Dominqoda onlarla insan həyatını itirməsinə və yaralanmasına səbəb olan binanın çökməsi ilə əlaqədar Dominikan hökumətinə və xalqına başsağlığı veririk. Bu faciəli hadisədə yaralanan hər kəsə şəfa diləyirik", - məlumatda qeyd olunub.