AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.
News365.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.
Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.