Avstraliya İrana sanksiyaları genişləndirdi

Avstraliya İrana sanksiyaları genişləndirdi
16 Sen 2024 18:30

Məhsa Əmininin ölümünün ikinci ildönümündə Avstraliya daha beş iranlı şəxsə sanksiyalar tətbiq edir. Onların arasında İranda etirazların zorakılıqla yatırılmasında iştirak etmiş təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.


News365.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq özünün X hesabında yazıb.


Qeyd edək ki, 22 yaşlı Məhsa Əmini 2022-ci il sentyabrın 13-də məcburi hicab qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən döyülüb və həbs edilib. Təcridxanada komaya düşən Əmini xəstəxanaya köçürülüb və sentyabrın 16-da həyatını itirib. Onun ölümündən sonra bütün İranda aylarla davam edən antihökumət etiraz aksiyaları keçirilib.


Youtube kanalımız

Oxşar xəbərlər