"Avropa üçün dəhşət olacaq"- Zaxarova

"Avropa üçün dəhşət olacaq"- Zaxarova
18 Fev 2025 16:40

"Ukraynanın NATO-ya üzvlüyü bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq". 

News365.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

Diplomat Ukraynanın NATO-ya üzvlüyünün Rusiya üçün qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Kiyevin alyansda iştirakı Rusiyanın təhlükəsizliyinə ciddi təhdidlər yaradacaq.

Ötən həftə NATO-nun baş katibi Mark Rutte qeyd edib ki, münaqişə həll olunandan sonra Ukraynaya heç vaxt Şimali Atlantika Alyansına üzvlük vəd edilməyib. Pentaqon bildirib ki, Ukraynada sülhə yalnız müharibənin yenidən başlamayacağına dair etibarlı təminat verilməklə əldə edilə bilər. 

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtında rəsmi danışıqlara başlayıb. Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. ABŞ komandasına dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, Milli Təhlükəsizlik Müşaviri Mayk Uolz və xüsusi elçi Stiv Vitkoff daxildir.


Sizin reklam burada
Sizin reklam burada