“AVROPA ÖLKƏLƏRİ UKRAYNA İLƏ BAĞLI DANIŞIQLARDA İŞTİRAK ETMƏK İSTƏYİR”- SERGEY LAVROV

“AVROPA ÖLKƏLƏRİ UKRAYNA  İLƏ BAĞLI DANIŞIQLARDA İŞTİRAK ETMƏK İSTƏYİR”- SERGEY LAVROV
14:54

Lavrov Avropanın Ukrayna ilə bağlı danışıqlarda iştirak etmək istədiyini bildirib.

“Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı müzakirələrdə iştirak etmək istədikləri barədə özəl kanallar vasitəsilə siqnallar göndərirlər. Avropalılar aydın şəkildə bildirmək istəyirlər ki, onlar da problemin, prosesin bir hissəsidirlər və danışıqlar masasında yer almalıdırlar."Amma onlar eyni şeyi açıq şəkildə deyirlər və yeni bir şey baş vermir", - deyə Rusiya xarici işlər naziri əlavə edib.

Lavrov onu da deyib ki,  Rusiya Ukrayna ərazisində Moskvanın təhlükəsizliyinə təhdid yarada biləcək heç bir silah növünün yerləşdirilməsinə icazə verməyəcək.


Sizin reklam burada
Sizin reklam burada