Avropa ölkələrinin vətəndaşları İkinci Dünya Müharibəsi ərəfəsində (1939-1945) Almaniyada olduğu kimi, “Şərqdən gələn təhlükə” səbəbindən militarizasiyanın zəruriliyinə inandırılır. TASS xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələrin beynəlxalq görüşündə deyib.
Narışkin qeyd edib ki, Avropanın hakim qruplaşmaları ABŞ-nin “qəyyumluğu” altında yaşamağa vərdiş edərək “strateji düşüncə vərdişlərini də itiriblər”. Xarici Kəşfiyyat Xidməti rəhbərinin sözlərinə görə, Avropa İttifaqı və aparıcı Avropa dövlətlərinin rəhbərliyi bu gün neokolonialist ətalət ruhunda fəaliyyət göstərməkdə davam edir ki, bunun bariz təzahürü Ukrayna böhranıdır.
Rusiya rəsmisi onu da vurğulayıb ki, Avropa Ukraynadan Rusiya Federasiyasına qarşı "taran” kimi istifadə etmək cəhdlərində israrlıdır və eyni zamanda özü də silahlanır. Narışkinin fikrincə, belə kursun bütün qitə üçün təhlükəsini Avropanın ağıllı siyasətçiləri də anlayır, onların səsi getdikcə daha çox eşidilir.
Tural