Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

Avropa Çempionatı:  Azərbaycan cüdoçusu finala yüksəldi
25 Apr 2024 19:23

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

Milli üzvü yarımfinalda Fransa təmsilçisi Sedrik Revola qalib gəlib.

O, qızıl medal uğrunda görüşdə Fransisko Qarriqosla (İspaniya) üz-üzə gələcək.

Eyni çəkidə yer alan Turan Bayramov üçüncü yer uğrunda qarşılaşmada Salih Yıldızın (Türkiyə) müqavimətini qırmağa çalışacaq.

Aydan Vəliyeva (52 kq) də bürünc medal görüşündə qüvvəsini sınayacaq. Bu gün tatamiyə çıxan digər 4 idmançı isə medal şanslarını itirib.


Youtube kanalımız

Oxşar xəbərlər