Attestat üçün əlavə ödəniş tələb olunur? - RƏSMİ

Attestat üçün əlavə ödəniş tələb olunur? - RƏSMİ
03 İyn 2025 15:19

Tam orta təhsil haqqında attestatların XI sinif məzunlarına 14-20 iyun, ümumi orta təhsil haqqında attestatların isə 23-28 iyun tarixləri aralığında təqdim edilməsi planlaşdırılır.

Bu barədə News365.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.

Məlumata görə, məzunlar qeyd olunan tarixlərdə təhsil aldıqları məktəblərə yaxınlaşaraq attestatlarını təhvil ala bilərlər.

"Bir daha xatırladırıq ki, təhsil sənədləri dövlət hesabına verilir və bununla bağlı heç bir ödəniş tələb edilə bilməz", - deyə məlumatda vurğulanır


Sizin reklam burada
Sizin reklam burada