Atası azərbaycanlı olan MƏŞHUR ermənilər Məcidin oğlu Robert Köçəriyan

Atası azərbaycanlı olan MƏŞHUR ermənilər Məcidin oğlu Robert Köçəriyan
15 Sen 2024 22:46

İki il əvvəl Rusiya sosial şəbəkələrində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan haqqında sensasion faktlar açıqlandı. Belə ki, sosial şəbəkədə Qoşqar Salmanlı təkzibolunmaz tarixi faktlar əsasında R.Köçəryanın atasının azərbaycanlı olduğunu bildirib.

Ermənistanın ikinci prezidenti Robert Köçəryan keçmiş Azərbaycan Sovet Sosialist Respublikasının Daşkəsən rayonunda anadan olub. Anası Asmik Sokratovna (qızlıq soyadı məlum deyil) Daşkəsən rayonunun Şarukar kənd orta məktəbində riyaziyyatdan dərs deyib, atası Məmməd Məcidov isə Daşkəsən rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onların necə tanış olduğu məlum deyil. Amma Təhsil Şöbəsinin müdiri olan Məmməd Məcidov sevgilisi Asmiki dərs dediyi məktəbə müdir təyin edir, elə balaca Robert də məhz həmin vaxt dünyaya gəlir. Məmmədlə qeyri-rəsmi münasibətdə olduğundan Asmik oğlunun doğulmasını hər kəsdən gizlədirmiş. Robertin iki yaşı tamam olanda isə oğlunu Dağlıq Qarabağın Stepanakert (Xankəndi) şəhərində yaşayan qohumlarına verir"

Bir müddət sonra Asmik o vaxtlar Daşkəsən Sosial Təminat Şöbəsində mühasib işləyən, bir qolu şikəst olan Sedrak Köçəryana ərə gedir. Bu nigah Asmikin Məcidlə qeyri-qanuni münasibətini gizlətmək üçün lazım idi. Robertin atabir qardaşları Mərdan, Pirxan və Elman bu gün Gəncədə yaşayırlar, üçü də yüksək vəzifəli məmurlardır. Daşkəsən rayonunun birinci katibi Əli Süleymanovun da Asmikdən çox xoşu gəlirmiş. Bu səbəbdən Əli ilə Məcid arasında gizli qarşıdurma başlayır və Ə.Süleymanov M.Məmmədovdan 24 saat ərzində rayonu tərk etməyi tələb edir. Məmməd Məcidov onun tələbini yerinə yetirərək Xanlar (indiki Göygöl) şəhərinə köçür. Əli isə gözəl Asmiki Daşkəsən rayonunun Mədəniyyət şöbəsinin müdiri təyin edir və onunla qeyri-rəsmi yaşamağa başlayır. Az sonra Asmik Rayon Partiya Komitəsinin ikinci katibi təyin olunur və 1988-ci ilə qədər həmin vəzifədə çalışır.

Robertin necə və hansı şəraitdə böyüməsi ayrıca söhbətin mövzusudur, amma ötən əsrin 70-ci illərinin ortasında Azərbaycan Respublikasının rəhbərliyi Robert Köçəryanı Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Təşkilatının 1-ci katibi vəzifəsinə təyin edir. Robertin atası Məcid dünyasını dəyişib, onun məzarı Xanlar (Göygöl) şəhərindədir. Daşkəsən rayonunun Şarukar kəndinin yerli sakinləri, eləcə də həmin kənddə məskunlaşan qaçqınlar bu hadisələri təsdiq edə bilər.

Əkbərin oğlu Kamo Ağacanyan Bu günlərdə əvvəlcə sosial şəbəkələrdə, daha sonra peşəkar medianın səhifələrində bir erməni təhlükəsizlik zabitinin şəkilləri yayılmışdı. Bu adam özünü“DQR” rəhbəri sayan Araik Arutyunyanın yanında durmuşdu və sifət çizgiləri baxımından eyni məkanda olanların hamısından seçilirdi. Onda fərqli ağız-burun və göz-qaş var idi. Tezliklə məlum oldu ki, Kamo Ağacanyan adlı bu şəxs qondarma “respublika”nıntəhlükəsizlik xidmətinin rəhbəridir. Ancaq bir müəmmalı məsələ vardı, adam şəkilə baxan kimi, diqqət edirdi ki, Ağacanyan ağız-burun, qaş-göz formaları sarıdan türkə oxşayır, bəlkə yerli türklərlə qan qohumluğu var? Ağacanyanın şəkilləri internetdə, saytlarda gedəndən sonra məlum oldu ki, ölkəmizdə, paytaxt Bakıda onu lap uşaqlıqdan tanıyan adamlar da var.

Onlardan biri uşaqlığı Hadrutda keçən, hazırda Bakı kəndlərindən birində yaşayan Maqsud Qasımovdur. Maqsud müəllim mətbuata açıqlamasında Kamo Ağacanyan barədə bəzi şeylər danışdı.M. Qasımov bildirir ki, doğulduğu kənddə ermənilər də yaşayırdı, amma əsas əhalisi türklərdən ibarət idi: “Oxuduğum məktəbdə ermənilər çox idi. Onlardan biri son günlər adı tez-tez hallanan Kamo Ağacanyan (qondarma rejiminin “milli təhlükəsizlik xidmətinin” rəhbəri ) idi. Deyim ki, Axulluda məktəb olmadığı üçün biz Edillidəki məktəbə gedirdik. Edillidə isə daha çox ermənilər yaşayırdı.Kamo məndən 3-4 yaş kiçikdir. Onun atasının adı Əkbər Kərimov, nənəsinin adı Münəvvər idi. Kamonun atası azərbaycanlı, anası erməni idi.


Youtube kanalımız

Oxşar xəbərlər