Aşıq Zülfiyyə həmkarı Telli xanımla barışmaq istəmədi.
News365.az xəbər verir ki, verlişlərin birinin qonağı olan Aşıq Zülfiyyə həmkarı Telli xanımla münasibətləri barədə danışıb:
"Telliylə münasibətim əvvəllər yaxşı idi. Ərk edib demişdim ki, sazımı Telli xanımın evində qoymaram. Bu məsələ mediada şişirdildi. İndi isə vəziyyət başqa cürdür. Bizim davamız kimlərinsə marağına səbəb olub, amma mən belə şeyləri sevmirəm. Dəfələrlə demişəm ki, belə mövzularda ehtiyatlı olaq. Mən heç vaxt heç kimdən küsməmişəm, amma həmkarımla olan bu hadisə fərqlidir."
Aşıq Zülfiyyənin bu açıqlaması müzakirələrə səbəb
olub.