Aralıq dənizində zəlzələ baş verib

Aralıq dənizində zəlzələ baş verib
19 Apr 2026 13:35

Aralıq dənizində 4.7 maqnitudalı zəlzələ baş verib.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 10:04-də (Bakı vaxtı ilə saat 11:04 -red.) qeydə alınıb.

Zəlzələnin episentri yerin 7.52 km dərinliyində olub.

İtki və dağıntı barədə məlumat verilməyib.


Sizin reklam burada
Sizin reklam burada