“Antiterror əməliyyatı olmasaydı, delimitasiya razılaşması da olmayacaqdı“ - Hərbi ekspertdən ŞƏRH

“Antiterror əməliyyatı olmasaydı, delimitasiya razılaşması da olmayacaqdı“ -  Hərbi ekspertdən ŞƏRH
24 Apr 2024 11:34

"Ermənistandan Azərbaycan qarşı heç bir iddialı çıxışlar olmayacaq. Yaxın illər ərzində fiziki təhdid də olmayacaq"

Hərbi ekspert Elmar hüseyn bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanın silahlandırılması davam edəcək. Çünki daşnaksutyun və köhnə tör-töküntüləri artıq ola bilsinki, Paşinyanı idarə edən dövlətlərlə təması yaransın. Paşinyan onlara bir vəd verir, amma Azərbaycanla üzbə-üz Azərbaycanın tələblərini yerinə yetirməyə çalışır. Sərhəd delimitasiyasında razılaşma Azərbaycanın bu günə qədər apardığı hərbi strateji nəticələrin göstəricisidir. Başqa cür olsaydı, lokal antiterror əməliyyatı olmasaydı bu razılaşma olmayacaqdı. Azərbaycan öz iradəsini sərgilədi. Ermənistan delimitasiya razılaşmasına məcburdur. Qranadada, Brüsseldə keçirilən görüşlər, Paşinyanın Fransaya dəvət olunması, Avropa Birliyindəki çıxışı, dördtərəfli görüş bütün bunların nəticəsində görürük ki, Paşinyan Azərbaycan dövlət sərhəddinin keçirilməsini müsbət qiymətləndirir və buna qarşı addımlar atır. Bu dörd ölkənin Ermənistana göndərdiyi silahlara kim kamanda verəcək, kim onları döyüşə yeritmək üçün əmr verəcək. Əmr verənin biri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasındadır" - deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər