Ancelina Coli və Bred Pitt 8 ildən sonra boşanır?

Ancelina Coli və Bred Pitt 8 ildən sonra boşanır?
31 Dek 2024 11:59

Ancelina Coli ilə usta aktyor Bred Pitt 8 ildən sonra razılığa gəlib. Hollivudun məşhur cütlüyü rəsmən boşanır. Onlar nəhayət ki, razılığa gəliblər. İki illik evliliklərini bitirməyə qərar verən cütlük 8 ildir ki, boşana bilmir.

Bütün var-dövlət Pittə qaldı

Bu barədə 49 yaşlı Colinin vəkilinin “People” jurnalına verdiyi açıqlamada deyilir.

"8 il əvvəl Ancelina cənab Pittdən boşanmaq üçün məhkəməyə müraciət etdi. Coli və uşaqları cənab Pitt ilə birgə olan bütün var-dövlətdən imtina etdilər. Coli indi ailəsinin firavanlığına diqqət yetirir. Açığı, Ancelina yorğundur, lakin bu münaqişənin sona çatmasından çox məmnundur.

Bütün proseslər bitib, boşanmanın daha da uzanması üçün heç bir səbəb yoxdur”.

O nə zaman boşanmağa qərar verib?

Ancelina Coli 2016-cı il sentyabrın 19-da şəxsi təyyarə səfərindən bir neçə gün sonra Pittin ona və 6 uşağına pis rəftar etdiyini iddia edərək, ondan boşanmaq üçün məhkəməyə müraciət edib.

Həmin vaxt aparılan araşdırmalardan sonra Bred Pitt səlahiyyətlilər tərəfindən təqsirli bilinmədi və Coli ittiham irəli sürməkdən imtina etdi. Dörd ay sonra, məşhur cütlük boşanmalarının özəl şəkildə davam edəcəyini və gələcək boşanma təfərrüatlarını gizli saxlayacaqlarını bildirən birgə bəyanat yaydılar. 2017-ci ildə məxfilik müqaviləsini imzalayana qədər Pitt və Colinin mübahisəli boşanma prosesi davam edirdi. 2017-ci ilin yanvarında cütlük 6 övladı ilə bağlı şəxsi qeydləri gizli saxlamağa razılaşıb. Cütlüyün Maddox, Pax, Zahara, Shiloh, Vivienne və Nox adlı 6 övladı var. Coli və Pitt 2019-cu ildə qanuni olaraq subay elan ediliblər.


Youtube kanalımız