Aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partidən sonra onunla Rusiyanın Xalq artisti Filipp Kirkorovla aralarındakı dostluq münasibəti nəinki bitib, hətta düşmənçilik səviyyəsinə çatıb. Kirkorov TNT-nin direktoru Tina Kandelakidən İvleevanı kanalın "Небриллиантовая рука" adlı yeni il layihəsinin heyətinə daxil etməməyi xahiş edib. O, bildirib ki, aparıcı ilə eyni kadrda olmaq istəmir.
Bundan xəbər tutan İvleeva isə sənətçini ifşa edib. O, Kirkorovun keçmiş musiqi mükafatlarından birində çəkilən şəklini yayımlayıb. Burada müğənni yarıçılpaq kişilərin əhatəsində poz verib:
"Doğrudur, Filip həmişə kiminlə eyni kadrda olacağını diqqətlə seçir".
Qeyd edək ki, İvleeva ötən ilin sonunda çılpaq parti keçirib. Partidə Kirkorovla yanaşı Kseniya Sobçak, Lolita Milyavskaya, Jiqan, Oksana Samoylova, Anna Asti, Dima Bilan, Qlükoza kimi məşhurlar iştirak ediblər. Gecədən şəkillər internetdə yayıldıqdan sonra İvleeva və tədbirin digər iştirakçıları tənqid olunublar.
Kirkorov bir çox kanal və şoularda qadağalarla üzləşdikdən sonra üzr istəyib. Buna baxmayaraq o, həmin vaxt Yeni il şoularından da uzaqlaşdırmışdı.