Azərbaycanlı rəssamların əsərləri Parisdə nümayiş olunub

Azərbaycanlı rəssamların əsərləri Parisdə nümayiş olunub
29 Dek 2024 17:40

Fransanın paytaxtı Parisdə “Galerie Francis Barlier” rəsm sərgisi keçirilib.

Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, sərgidə fransız rəssamları ilə yanaşı, Azərbaycanın incəsənət xadimləri Əsmər Nərimanbəyova, Sahib Əsədli, Leyla Əliyevanın, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Rövşən (Nur) Quliyevin sənət əsərləri nümayiş olunub.

Bununla yanaşı, iki xalq arasında mədəni əməkdaşlığı gücləndirmək və azərbaycanlı rəssamların yaradıcılığını beynəlxalq səviyyədə tanıtmaq üçün mühüm platforma olub.

Azərbaycan və Fransa arasında mədəni əlaqələrin inkişafı çərçivəsində Parisdə təşkil olunan bu birgə sərgi mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm xarakter daşıyır.


Youtube kanalımız