Amar Preet Sinx: Pakistanın S-400 zərbəsi boşa çıxıb

Amar Preet Sinx: Pakistanın S-400 zərbəsi boşa çıxıb
19 Sen 2025 18:15

“Sindoor” əməliyyatı zamanı Pakistanın S-400 zərbəsi boşa çıxıb.

News365.az xəbər verir ki, bu sözləri Hindistan Hərbi Hava Qüvvələrinin rəhbəri, Hava marşalı Amar Preet Sinx deyib.

Hindistan Hərbi Hava Qüvvələrinin rəhbəri bildirib ki, Pakistan “Sindoor” əməliyyatı zamanı S-400 hava hücumundan müdafiə sistemlərini vurmağa cəhd edib.

Lakin komplekslərin mövqeləri vaxtında dəyişdirildiyindən atılan iki CM-400AKG raketi boş əraziyə düşüb.




Sizin reklam burada
Sizin reklam burada