Alptekin Cihangir İşbilir: Bu istiqamətdə davamlılıq əsas şərtdir

Alptekin Cihangir İşbilir: Bu istiqamətdə davamlılıq əsas şərtdir
20:00

Türk dövlətlərinin vahid məlumat bazasının olmaması təəssüf doğurur.

News365.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakl səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir noyabrın 27-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Media Forumu çərçivəsində “TDT Ölkələri arasında Rəqəmsal Media Mühitində Qarşılıqlı Əməkdaşlıq İmkanları” adlı paneldəki çıxışında deyib.

Müşavir bu konteksdə Türkiyənin TRT kanalı ilə Azərbaycan Dövlət Televiziyası arasındakı mübadilə proqramlarını nümunə göstərib:

“Zənnimcə, bu istiqamətdə davamlılıq əsas şərtdir. Çünki davamlılıq özlüyündə yeni imkanlar deməkdir”.

A.C.İşbilir türkdilli dövlətlərin vahid məlumat bazasının olmamasını çatışmazlıq kimi qeyd edib:

“Texniki imkanların artdığı şəraitdə türk dövlətləri üçün media sahəsində birgə fəalliyyət baxımından geniş baza mövcuddur”.


Sizin reklam burada
Sizin reklam burada