Almaniyanın paytaxtı Berlində keçirilən alternativ parad zamanı ciddi insident baş verib.
Kroytsberq rayonunda keçirilən aksiyada təxminən 10 min nəfər iştirak edib, onların bir qismi fələstin bayraqları və örtülü üzlərlə çıxış ediblər.
Aksiyanın gedişində bəzi nümayişçilər polisə hücum edib. Məlumata görə, qanun keşikçilərinə butulkalar, boya qabları və bayraq dirəkləri atılıb. Nəticədə 57 nəfər saxlanılıb, 17 polis əməkdaşı isə xəsarət alıb.
Eyni gündə keçirilən rəsmi LGBT-parad – CSD (Christopher Street Day) tədbiri də sakit keçməyib. Orada sağ radikalların təşkil etdiyi əks nümayiş zamanı bəzi iştirakçılardan silah və ekstremist simvollar aşkarlanıb.
Berlin polisi insidentlərlə bağlı araşdırma başladıb və şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.