Almaniya Federal Miqrasiya və Qaçqınlar İdarəsi (BAMF) növbəti elan edilən qərara qədər Suriyalıların sığınacaq müraciətlərini qəbul etməyəcəyini açıqlayıb.
News365.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, Suriyada mövcud olan qeyri-müəyyən vəziyyət səbəbindən BAMF, hazırda icraatda olan bütün Suriyalı sığınacaq müraciətlərini dondurub. İdarə yeni qərar verilənə qədər bu müraciətlərin heç birini emal etməyəcəyini bildirib.
Bildirilib ki, bu qərar qərar gözləyən 47 min 270 sığınacaq müraciətinə təsir edib, onlardan 46 mini ilk müraciət olub.