“Almaniya Avropa İttifaqının bir nömrəli iqtisadi gücüdür“ - Anar Əliyev

“Almaniya Avropa İttifaqının bir nömrəli iqtisadi gücüdür“ -  Anar Əliyev
26 Apr 2024 13:08

"Prezident İlham Əliyevin Füzuli aeraportundan Almaniyaya səfərə getməsi möhtəşəm hadisədir. İşğaldan azad etdiyimiz Qarabağımızın sürətli şəkildə quruculuq prosesinə cəlb olunduğunu, orda həyatın bərpa olunduğunu və Azərbaycan cəmiyyətinin inteqrasiyasının göstəricisidir". 

Politoloq Anar Əliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Azərbaycan və Almaniya arasında münasibətlər kifayət qədər genişdir, kifayət qədər müxtəlif aspektləri əhatə edir. Bu barədə Azərbaycan prezidenti cənab İlham Əliyev beynəlxalq tədbirdə də bu haqda geniş danışdı, məlumatlar verdi. Almaniyaya dəvət olunması ilə bağlı sualı cavablandırarkən, bu səfərin daha çox "COP29"-a rəhbərlik edən dövlətin prezidenti kimi ənənəvi olaraq bura olunduğunu, amma eyni zamanda fürsətdən istifadə edərək Almaniya ilə Azərbaycan arasında bir çox məsələləri müzakirə olunacağını bildirdi. Məsələ ondan ibarətdir ki, Almaniya Avropa ittifaqını, yəni Cənubi Qafqazda maraqlarını təmin etməyə çalışan, Avropa dəyərlərini qəbul etdirməyə çalışan və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında bir platforma kimi çıxış etmək iddiasında olan qüvvənin əsas iqtisadi gücüdür. Almaniya Avropa İttifaqının bir nömrəli iqtisadi gücüdür. Bu mənada hesab edirəm ki, müzakirə olunası kifayət qədər məsələlər var. Burda Almaniyanın Cənubi Qafqazdakı proseslərdə iştirakçılığından tutmuş, Ermənistan-Azərbaycan münasibətlərin tənzimlənməsinə qədər, Almaniya ilə Azərbaycan arasında ticarət, iqtisadi əlaqələrin daha da gücləndirilməsinə qədər olan məsələlər müzakirə olunacaq"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər