Ali rütbə alan müavinlərin DOSYELƏRİ

Ali rütbə alan müavinlərin DOSYELƏRİ
15:58

Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavinləri Toğrul Hüseynov və Abiddin Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

News365.az rütbə alan nazir müavinləri ilə bağlı məlumatları təqdim edir:

Toğrul Hüseynov – Ədliyyə nazirinin müavini

Doğum ili: 1986, Bakı şəhəri

Təhsili:

2007 – Bakı Dövlət Universiteti, Hüquqşünaslıq üzrə bakalavr

2010 – Bakı Dövlət Universiteti, magistr (fərqlənmə diplomu)

2022 – ABŞ, Missuri Universiteti – Dövlət idarəetməsi üzrə magistr

2024 – Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr

Harvard Biznes Məktəbi – davamlı biznes strategiyaları üzrə ixtisaslaşma

Karyerası:

2010–2013 – Ədliyyə Nazirliyinin İcra xidmətində

2013–2016 – Qanunvericilik baş idarəsində müxtəlif vəzifələr

2016–2017 – “Azərbaycan Dəmir Yolları” QSC, Hüquq şöbəsinin bölmə rəisi

2017–2024 – Azərbaycan Respublikası Prezidenti Administrasiyasında hüquq və qanunvericilik üzrə baş məsləhətçi

2024 (aprel–sentyabr) – Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi

07.09.2024 – Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib

Xarici dillər: İngilis, Rus

Ailəsi: Ailəlidir, iki övladı var.

Abiddin Qabil oğlu Hüseynov – Ədliyyə nazirinin müavini

Doğum ili: 1977, Neftçala rayonu

Təhsili:

1997 – Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, Politologiya fakültəsi (bakalavr)

1999 – Eyni fakültənin magistr pilləsi (fərqlənmə diplomu)

2003 – Rusiya Ədliyyə Nazirliyi, Rusiya Hüquq Akademiyası – hüquq üzrə ikinci ali təhsil

Cenevrə, Ankara, Paris, Berlin şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün təlim və ixtisasartırma proqramlarında iştirak

Karyerası:

2000 – Konstitusiya Məhkəməsində əmək fəaliyyətinə başlayıb

2000–2010 – Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb

2010 – Prezident sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib

2013–2020 – Bakı Apellyasiya Məhkəməsinin hakimi

2020–2024 – Ali Məhkəmənin hakimi

2023 – Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib

2020-dən – ADA Universitetində “Mülki proses” fənnini tədris edir

Hüquq sahəsində elmi-praktiki nəşrlərin müəllifi və redaktoru

04.06.2024 – Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür

Mükafatları:

“Tərəqqi” medalı

“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı

Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı

Xarici dillər: İngilis, Rus

Ailəsi: Ailəlidir, üç övladı var.


Sizin reklam burada
Sizin reklam burada