Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasından sonra sərnişinlərə yardım göstərən Qazaxıstanın bir sıra strukturlarının əməkdaşlarını mükafatlandırıb.
Bu barədə təşkilatdan məlumat verilib.
Mükafatlandırılanlar sırasında qəza anından sonra ilk yardım edən “Manqistau Regional Electric Grid Company” ASC başda olmaqla, təcili tibbi yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, morqda fəaliyyət göstərən tibb işçiləri, həkim travmatoloq və reanimataloqlar da olub.
Assosiasiya tərəfindən adıçəkilən strukturun əməkdaşlarına təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib, onlara göstərdikləri xidmətlərə görə minnətdarlıq ifadə olunub.