Ailələr arasında dava - ölən və yaralananlar var

Ailələr arasında dava - ölən və yaralananlar var
08 Mar 2025 18:15

Türkiyənin Diyarbəkir vilayətinin Çermik rayonunda iki ailə arasında baş verən insident qanla bitib.


News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, qonşu ailələr arasında yaranan mübahisədə daş, dəyənək və silahdan istifadə olunub.


Hətta ətrafdakı bir neçə avtomobil də yandırılıb.


İnsident zamanı 3 nəfər hadisə yerində ölüb, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.


Hadisə ilə bağlı cinayət işi açılıb.



Sizin reklam burada
Sizin reklam burada