Bu ölkələrin səfirləri İran XİN-ə çağırıldı

Bu ölkələrin səfirləri İran XİN-ə  çağırıldı
13:05

İranda fəaliyyət göstərən Avropa İttifaqına (Aİ) daxil bütün ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmisi İsmayıl Bəqai məlumat verib.

Onun sözlərinə görə bu addım Aİ-nin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasına cavabdır.

"İranın etirazı onlara yazılı şəkildə çatdırılıb, lakin bu, minimum tədbirdir", - deyə XİN rəsmisi bildirib.

Bəqai qeyd edib ki, İran Aİ-yə qarşı digər cavab tədbirlərini nəzərdən keçirir və yekun qərar yaxın günlərdə veriləcək.


Sizin reklam burada
Sizin reklam burada