Avropa İttifaqına üzv ölkələrin rəsmilərində ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlardan yayına biləcəklərinə inam artır. Bu barədə Bloomberg öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik yazıb ki, Avropa Komissiyası Kanada ixracına tətbiq edilən tarifləri dayandırmaq üçün strategiya hazırlayıb. Bu addım Aİ-nin ABŞ prezidentinin bu cür tariflərin tətbiqi ilə bağlı hədələrinə adekvat cavab vermək cəhdi kimi qiymətləndirilir.
Agentliyin mənbələrinə görə, Aİ səlahiyyətliləri əmindirlər ki, tariflər Trampın son məqsədi deyil. Bu sadəcə onun danışıqlar taktikasının bir hissəsidir. Nəticədə, Aİ “özü üçün məqbul şərtlərə” nail olmağa ümid edir.
Bundan əvvəl Financial Times (FT) qəzeti ABŞ prezidenti Donald Trampın ittifaq ölkələrinə tariflər tətbiq edəcəyi təqdirdə Avropa İttifaqının Amerikanın iri texnologiya şirkətlərinə qarşı cavab tədbirləri görə biləcəyini yazmışdı.
Tural