London ukraynalı qaçqınlara dəstəyi dayandırır - "Financial Times"

London ukraynalı qaçqınlara dəstəyi dayandırır - "Financial Times"
11:10

Böyük Britaniya hökuməti ölkədəki ukraynalı qaçqınlara dəstək tədbirlərini azaldır. Ukraynalılar bu cür tədbirlərə görə artıq öz gələcəklərinə əmin deyillər. Bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb.

“Rusiyanın 2022-ci ildəki genişmiqyaslı işğalından sonra ukraynalıları səxavətlə qarşılayan Böyük Britaniya hökuməti dəstəyini qismən azaltmağa başlayır”, - müəllif qeyd edib.

Məqalədə o da vurğulanıb ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə daxil olan viza müddətinin uzadılması üçün müraciətlərin sayı Ukraynaya və ukraynalı qaçqınlara yardımla məşğul olan bələdiyyə orqanları və təşkilatları arasında narahatlığa səbəb olub.

Eyni zamanda, hakimiyyət ukraynalı qaçqınları Britaniya ailələri ilə birləşdirən “Ukrayna üçün evlər” proqramı üçün maliyyəni kəsir.

Tural


Sizin reklam burada
Sizin reklam burada