Ağdaşda ağır yol qəzası baş verib.
Saat 6 radələrində Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "KaMAZ" və "Qazel" markalı yük avtomobilləri toqquşub. Nəticədə "Qazel"in sürücüsü, 30 yaşlı Eldar Tağıyev və sərnişini (şəxsiyyəti dəqiqləşdirilir-red) aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.