ABŞ prezidenti Donald Tramp Vladimir Zelenskini yerində oturtdu və ona Vaşinqtonun Ukraynada uzunmüddətli sülh sazişinə ciddi yanaşdığını izah etdi.
Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt "Fox News"a müsahibəsində deyib.
"O (Tramp-red.) əsas danışıq aparan şəxsdir və Zelenskini öz yerində oturtdu. Tramp ona dedi ki, amerikalılar uzunmüddətli sülh sazişinə ciddi yanaşırlar. Biz ukraynalılarla bugünkü sövdələşmənin nəticələrindən olduqca məmnunuq. Ümid edirik ki, bu, uzun müddət və əbədi olaraq davam edəcək. Bu, prezident Trampın məqsədidir və ümid edirik ki, biz bu məqsədə nail ola bilərikp"-Ağ Ev rəsmisi qeyd edib.
Eyni zamanda, Levitt qeyd edib ki, ABŞ və Ukrayna arasında Ciddədə müzakirə edilən razılaşmalara Rusiyanın reaksiyası barədə ona məlumat verilməyib.
Xatırladaq ki, martın 11-də baş tutan danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bəyan edib. Öz növbəsində ABŞ prezidenti Donald Tramp Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünə və kəşfiyyat məlumatlarının ötürülməsinə qoyduğu qadağanı ləğv edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural