Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin (YaNAO) Purovski rayonundakı Tarko-Sale hava limanını sel suları basıb. Hətta uçuş-enmə zolağında olan bir neçə helikopter sular altında qalıb. Bu barədə URA.RU məlumat yayıb.
"Aeroport ərazisini su basıb. Fəsadların aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür", - hava limanının mətbuat xidməti sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı bildirilib.
Rəsmi şəxs onu da əlavə edib ki, hazırda hava limanı istifadə edilmir.
Bundan əlavə, Yamalo-Nenets Muxtar Dairəsinin Purovski rayonunda körpü də daşqınlar səbəbindən uçub.
Tural