Abşeronda qəza - 1 nəfər öldü

Abşeronda qəza - 1 nəfər öldü
15:36

Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad-Fatmayı avtomobil yolunda baş vermiş avtoqəza zamanı bir nəfərin ölüm faktı qeydə alınıb.

Bu barədə News365.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Noyabrın 26-sı saat 12:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Mehdiabad-Fatmayı ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda qeyd olunub.



Sizin reklam burada
Sizin reklam burada