Abşeronda 3 otaqlı ev yandı: xəsarət alan var

Abşeronda 3 otaqlı ev yandı: xəsarət alan var
23 Mar 2025 18:32

Abşeron rayonun Hökməli qəsəbəsində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.


Bu barədə news365.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.


Qeyd olunub ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Eyni zamanda Abşeron rayonunun Masazır kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.


Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Sizin reklam burada
Sizin reklam burada