ABŞ "WhatsApp"a qadağa qoydu

ABŞ "WhatsApp"a qadağa qoydu
10:29

ABŞ Konqresinin Nümayəndələr Palatası işçilərə işlə bağlı cihazlarda "WhatsApp" tətbiqindən istifadəni qadağan edib. 

News365.az xəbər verir ki, bu barədə Axios nəşri məlumat yayıb. 

Məlumata görə, qərar palatanın baş inzibati əməkdaşı tərəfindən yayımlanan memorandum əsasında verilib.

Bundan sonra konqres işçiləri və üzvləri "WhatsApp"-ı mobil telefonlara, kompüterlərə və ya brauzer üzərindən iş məqsədli cihazlara yükləyə və istifadə edə bilməyəcəklər. Qadağanın əsasının kibertəhlükəsizliklə bağlı olduğu ehtimal olunur.


Sizin reklam burada
Sizin reklam burada