Saç tökülməməsi üçün YENİ ÜSUL

Saç tökülməməsi üçün YENİ ÜSUL
12:35

Son dövrlər saç baxımında təbii üsullara maraq xeyli artıb. Xüsusilə sosial şəbəkələrdə geniş yayılan vasitələrdən biri də soğan və zəncəfil qarışığıdır.

Bildirilir ki, bu iki məhsul birlikdə istifadə edildikdə saç dərisində qan dövranını sürətləndirə, saç köklərini gücləndirə və saçların daha sağlam görünməsinə kömək edə bilər. Bəzi paylaşımlarda hətta bu qarışığın yeni saçların çıxmasını dəstəklədiyi də iddia olunur.

Soğan suyu tərkibindəki yüksək kükürd sayəsində saç köklərinin qidalanmasına müsbət təsir göstərə bilər. Zəncəfil isə antioksidant xüsusiyyətləri ilə saç dərisini təmizləməyə, qan dövranını yaxşılaşdırmağa və saç köklərinin daha yaxşı qidalanmasına yardım edə bilər.

Qarışığın hazırlanması üçün lazım olanlar:

1 ədəd orta ölçülü soğan

kiçik bir parça təzə zəncəfil

1 stəkan su
 

Hazırlamaq üçün soğan və zəncəfil xırda doğranır, su ilə birlikdə blenderdən keçirilir. Daha sonra alınan qarışıq süzülür. Maye sprey qabına tökülərək saç diblərinə çəkilir. Təxminən 30 dəqiqə saxlandıqdan sonra saç şampunla yuyulur.


Bununla belə, mütəxəssislər qeyd edirlər ki, bu cür təbii üsullar hər kəsdə eyni nəticə verməyə bilər. Həssas dərisi olan insanlarda qıcıqlanma və ya allergik reaksiya yarana biləcəyi üçün qarışıqdan istifadə etməzdən əvvəl ehtiyatlı olmaq tövsiyə olunur.


Sizin reklam burada
Sizin reklam burada