ABŞ polisi bir günə 200-ə yaxın etirazçını həbs edib

ABŞ polisi bir günə 200-ə yaxın etirazçını həbs edib
11 İyn 2025 10:20

Los-Anceles polisi bir günə 197 etirazçını saxlayıb. Bu barədə yerli polis idarəsinin rəisi Cim Makdonnel Fow News kanalının efirində məlumat verib.


"Şənbə günü Los-Anceles polisi 27 nəfəri saxladı. Bazar günü bu rəqəm 40-a yüksəldi. Bazar ertəsi saxlanılanların sayı 114-ə çatıb. Təkcə bu gün biz 197 həbs reallaşdırmışıq", - polis idarəsinin rəisi bildirib.


Makdonnell onu da əlavə edib ki, polis etirazçıların "təhlükəli və qeyri-qanuni davranışı" hallarını daha tez-tez qeydə almağa başlayıb.


Los-Anceles meri Karen Bassın sözlərinə görə, etirazı dağıdıcı proseslərəçevirən vandallar bir gecədə 23 müəssisəyə ziyan vurublar. Mer xüsusilə bir neçə binanın fasadlarına qraffitinin çəkilməsini vuğrulayıb.


Los-Ancelesdəki etirazlar iyunun 6-da başlayıb və bu günə kimi səngimir. Etiraza səbəb Paramountda (Los-Ancelesin ətrafı) miqrantlara qarşı reydlər olub. Etirazçılar “ICE, Los Angelesdən çıx!” şüarları səsləndirib, yolları bağlayıb, Meksika bayraqları ilə küçələrə çıxıblar.


ABŞ prezidenti Donald Tramp 1965-ci ildən bəri ilk dəfə yerli hakimiyyət orqanlarının tələbi olmadan şəhərə 2000 Milli Qvardiya əsgərinin yerləşdirilməsinə dair göstəriş verib. Kaliforniya rəhbərləri isə prezidentin bu qərarını pisləyiblər. Demokratları təmsil edən qubernator Qevin Nyusom Pentaqonun rəhbərinə məktub göndərərək, "ciddi eskalasiya" riski barədə xəbərdarlıq edib. O, hərbçilərin  yerləşdirilməsi prosesini ləğv etməyi xahiş edib. Daha sonra qubernator Trampı məhkəməyə verəcəyini, onun “oda yağ tökdüyünü” və hərəkətlərinin konstitusiyaya zidd olduğunu bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada