ABŞ-nin Sudan və Qəzza ilə bağlı mövqeyi

ABŞ-nin Sudan və Qəzza ilə bağlı mövqeyi
09 Yan 2025 13:26

Amerika Birləşmiş Ştatları Sudan və Qəzza ilə bağlı mövqelərini açıqlayıb.

News365.az xarici mediaya istinadla xəbər verir ki,  ABŞ administrasiyası Sudanın Dəstək Qüvvələrinin soyqırım törətdiyini təsdiqləyib, lakin İsrailin Qəzzədəki hücumlarının soyqırım olaraq qiymətləndirilmədiyini bəyan edib.

Belə ki, Ağ Evin Təhlükəsizlik Katibi Con Kirbi, Sudan hadisələrinin sistematik və "etnik əsaslı" olduğunu vurğulayıb, lakin Qəzza ilə bağlı fərqli mövqe nümayiş etdirib.

Kirbi İsrailin hücumlarının beynəlxalq hüquqa uyğun olub-olmadığını araşdırmağa davam etdiklərini bildirib. O, Qəzzada baş verən münaqişələrin fərqli xarakter daşıdığını da qeyd edib.


Youtube kanalımız