ABŞ-la imzalanan bu xartiya tarixi sənəddir - Prezident

ABŞ-la imzalanan bu xartiya tarixi sənəddir - Prezident
17:55

Azərbaycanın ABŞ ilə imzaladığı Strateji Tərəfdaşlıq Xartiyası tarixi bir sənəddir.

News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı hazırda konkret layihələr üzərində işlənildiyini söyləyib:

"İndi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir. Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür".


Sizin reklam burada
Sizin reklam burada