ABŞ-İsrail-İran müharibəsinin 29-cu günündə bölgədə hücumların yayılması ilə bağlı narahatlıqlar artır.
News365.az xəbər verir ki, son olaraq İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Duhokdakı evi dronlar tərəfindən hədəfə alınıb.
Bərzaninin evinə edilən hücumdan sonra ərazidə partlayış səsləri eşidilib və Kürdüstan Regional Hökuməti (KRH) yüksək hazırlıq vəziyyətinə gətirilib.
İraq Baş naziri Məhəmməd Şiə əl-Sudani hücumu pisləyib. Neçirvan Bərzani ilə telefon danışığından sonra Sudani hadisəni araşdırmaq üçün birgə təhlükəsizlik və texniki qrupun yaradılması barədə göstəriş verib.