3 gündür Mingəçevir su anbarında itkin düşən və köməksiz vəziyyətdə
qalan 5 nəfər şəxsin yeri müəyyən olunub.
News365.az xəbər verir ki, FHN-nin Aran
Dalğıc Axtarış qrupu 3 gündür axtarışları davam edən 5 nəfər Ağdaş rayon sakinin
yerini meəyyən edib.
Onların hamısı sağdır. Xilasedicilər onları təhlükəsiz əraziyə
çıxarmağa hazırlaşır. Balıq tutmaq üçün su hövzəsinə gələn və daha sonra köməksiz
halda qalan şəxslər su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində
tapılıb.