Biləsuvarda motosiklet aşıb, xəsarət alanlar var.
News365.az xəbərə görə hadisə rayonun Bağbanlar kəndində
qeydə alınıb.
Aranlı kənd sakini 1994-cü il təvəllüdlü Elnur Bayramov idarə
etdiyi motosikletlə hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində motosikletin sürücüsü və motosikletdə olan
1979-cu il təvəllüdlü Matıyev Samir müxtəlif dərəcəli xəsarətlər alaraq rayon xəstəxanasına
çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib. E. Bayramovun xəsarətləri
yüngül olduğundan ambulator müalicəyə buraxılıb. S. Matıyevin isə müalicəsi xəstəxananın
cərrahiyyə şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.