"Real"ın keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər

"Real"ın keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər
17:57

Madridin "Real" klubunun keçmiş hücumçusu Xoselu Avropaya qayıda bilər.

News365.az xəbər verir ki, İspaniya millisinin sabiq forvardı ilə bir neçə komanda maraqlanır.

Onun hazırda çıxış etdiyi Qətərin "Əl-Qarafa" klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatır.

Vaxtilə "Real"ın heyətində UEFA Çempionlar Liqasının qalibi olan Xoselu karyerasının növbəti mərhələsi ilə bağlı yaxın həftələrdə qərar verəcək. O, cari mövsümdə "Əl-Qarafa"nın heyətində bütün yarışlarda 22 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə verib.



Sizin reklam burada
Sizin reklam burada