Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Azərbaycan ərazisinə daxil olub

Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Azərbaycan ərazisinə daxil olub
11:39

Rusiyadan İrana göndərilən növbəti humanitar yardım "Cənub-Astara" dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub.

News365.az AZƏRTAC-a istinadla müxbiri xəbər verir ki, yeddi avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal-Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.

Xatırladaq ki, bundan əvvəl axşam saatlarında 31 vaqondan ibarət 300 tondan çox humanitar yük qatarı da Astara dəmir yolu sərhəd keçid məntəqəsindən İrana göndərilmişdi.


Sizin reklam burada
Sizin reklam burada