Qazaxda yük və minik avtomobilləri toqquşub- ÖLƏN VAR

Qazaxda yük və minik avtomobilləri toqquşub- ÖLƏN VAR
28 Mar 2026 22:40

Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayon ərazisindən qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobili ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1971-ci il təvəllüdlü M. İbrahimxəlilov xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada