Əgər nüvə silahı Vladimir Zelenskinin əlinə keçərsə, Qərbi Avropa onun “şantajının” ilk qurbanına çevriləcək.
News365.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestia” qəzetinə açıqlamasında deyib.
“Zelenski bu halda yalnız silah və maliyyə tələb etməyəcək, həm də “öz rejiminin” təminatı ilə bağlı şərtlər diktə edəcək”, - XİN rəsmisi əlavə edib.