İranın dövlət televiziyasının ona istinadən yaydığı məlumatda qeyd edilir ki, Dubayda ABŞ hərbçiləri və komandanlığının sığınacaqlarına zərbələrin endirilməsi və böyük itkilərə səbəb olması ilə bərabər, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz və aerokosmik qüvvələri tərəfindən müştərək əməliyyat həyata keçirilib. Nəticədə ABŞ ordusuna dəstək məqsədilə Dubayda qurulan, daxilində 21 ukraynalının yerləşdiyi Ukraynaya məxsus drondan müdafiə sistemləri anbarı məhv edilib.