ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər

ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər
19 Apr 2024 18:30

ABŞ Prezidenti Co Baydenin administrasiyası İsrailə bir milyard dollardan çox silah yardımı etməyi düşünür ki, bu, Qəzza zolağında əməliyyatın başlamasından bəri ən bahalı və İranla gərginliyin başlamasından bəri ilk yardım olacaq.

Məlumata görə, yeni sövdələşmələr ABŞ Konqresində nəzərdən keçirilən yardım paketinə əlavə olaraq 700 milyon dollar dəyərində tank sursatının, 500 milyon dollar dəyərində hərbi maşınların və 100 milyon dollar dəyərində minaatan mərmilərinin tədarükünü nəzərdə tutur.

Qeyd olunur ki, bu sövdələşmələr Konqresdə daha çox müqavimətlə üzləşə bilər, çünki söhbət İsrailin Qəzzada istifadə etdiyi və Livana hücum zamanı “Hizbullah”ın silahlı qrupları ilə mübarizə aparmaq üçün istifadə edə biləcəyi silahlardan gedir.


Youtube kanalımız

Oxşar xəbərlər